
Azərbaycanın Əfqanıstandakı səfiri Elxan Məhəmmədov, Əfqanıstanın Milli Ətraf Mühitin Mühafizəsi Agentliyinin baş direktoru Molla Mətiul-Həqq Xalis ilə görüşərək iki ölkə arasında ətraf mühit sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.Görüşdə səfir Məhəmmədov, Azərbaycanın COP29-a ev sahibliyi etməsi və Əfqanıstanın bu konfransda iştirakını yüksək qiymətləndirərək, ölkəsinin Əfqanıstanın COP30-da da fəal iştirakını dəstəkləyəcəyini bildirib.Molla Mətiul-Həqq Xalis isə, Əfqanıstanın iqlim dəyişikliklərindən ciddi şəkildə təsirləndiyini və bu sahədə Azərbaycanla əməkdaşlığın vacibliyini vurğulayıb.Tərəflər, ətraf mühitin mühafizəsi sahəsində elmi-texniki təcrübə mübadiləsi, potensialın gücləndirilməsi və qarşılıqlı əməkdaşlıq sazişlərinin imzalanması kimi məsələləri də müzakirə ediblər.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Hava Proqnozu 5 May 2025
Xalq artisti Fuad Poladovun anım günüdür - FOTO
Selçuk Bayraktar: “TEKNOFEST bir millətin oyanış hekayəsidir"