Bakı. Trend:
Papa Fransiskin istifadə etdiyi açıq pikap avtomobili – məşhur"Popemobile" – mobil tibbi yardım məntəqəsinə çevrilərək Qəzzazolağına göndəriləcək.
Trend-in Corrieredella Sera nəşrinə istinadən verdiyi məlumata görə, bu təşəbbüspontifikin şəxsi istəyi ilə həyata keçirilir. O, bu məqsədlə Qüdsdəfəaliyyət göstərən katolik xeyriyyə təşkilatı Caritas-a müraciətedib. Layihə İsveçdəki Caritas bölməsi tərəfindən icra olunur.
Avtomobil test və diaqnostika üçün tibbi avadanlıqla, ilkinyardım çantası və dərmanların saxlanması üçün soyuducu ilə təchizediləcək. Bu təşəbbüs xəstəxanalara çıxışı olmayan uşaqlara yardımgöstərməyi hədəfləyir.
Qeyd edilir ki, avtomobil İsrailin bağladığı humanitar dəhlizləraçıldıqdan dərhal sonra Qəzzaya göndəriləcək.
Xatırladaq ki, Papa Fransisk bu il aprelin 21-də səhərsaatlarında vəfat edib. Həkimlər onun ölüm səbəbini insult və geridönməz ürək-damar kollapsı ilə əlaqələndiriblər.