AZ

Yumruq və masa

33 tura cəmi 34 qol. Yəni hər oyuna ortalama 1.03 qol.

Bu, mövsümün “Neftçi” üçün uğursuz olduğunu göstərən tablodur. Sona 3 tur qalmış (6-cı yer) baş məşqçi Samir Abasovun da bunu etiraf etməsi anlaşılan və anlaşılmazdır.

“Kəpəz”ə məğlubiyyətdən 90+3-də penaltidən vurulan qolla qurtulan “ağ-qaralar”ın pis mövsümə görə “çarmıxa çəkilməsi” yalnız Abasov üzərindən gerçəkləşdirilir. Başqa üzə çıxmalı olan simalar hələ də üzdə deyil. Abasov da artıq imdad dilədi: vəziyyəti başa düşün. Başa düşənlərə, anlayışla qarşılayanlara minnətdarıq.

Başa düşürükmü?

Bəli, düşürük. Mətbuat da, azarkeş də bu il (də) “Neftçi”ni başa düşməyə çalışdı. Uğursuz nəticələrə görə ən az tənqidə tuş gələn komanda məhz “Neftçi” oldu.

Niyə?

Çünki artıq hamı darıxmağa başlayıb. Geridönüş vədləri və ümidləri ilə…

Abasovun “Kəpəz” matçından sonra “yumruğu masaya vurmaq” barədə inversiyası isə düşünməyə vadar edir.

Görəsən, niyə bu həddə gəlib vəziyyət? Baş məşqçi niyə belə mesaj ötürür ətrafa?

Və bütün bunların fövqündə duran bir suala hələ də aydınlıq gəlməyib: növbəti mövsümün uğurlu olacağına dair real addımlar varmı?

Ərəb investisiyası da gözləyir, biz də, azarkeş də, elə futbol ictimaiyyəti də – “Neftçi” silkələnib his-pasını yerə tökə biləcəkmi…

Elçin Cəlilov

Seçilən
0
futbolpress.az

1Mənbələr