AZ

ABŞ iqtisadiyyatı 0,3% azalıb

ABŞ iqtisadiyyatı son üç ildə ilk dəfə yanvar-mart aylarında 0,3% kiçilib...

ABŞ-ın 2025-ci ilin birinci rübündə ümumi daxili məhsulu son üç ildə ilk dəfə olaraq 0,3% azalıb.

Poliqon xəbər verir ki, bu barədə “Kommersant” qəzeti ölkənin Ticarət Nazirliyinin İqtisadi Təhlil Bürosunun ilkin hesablamalarına istinadən yazır.

Nəşr qeyd edir ki, bu rəqəm qismən istehlak xərclərinin artımının yavaşlaması ilə izah olunur. Amma Amerika iqtisadiyyatının real daralmasının əsas səbəblərindən biri idxalın artmasıdır. Beləki yanvar-mart aylarında ABŞ-yə mal tədarükləri illik müqayisədə 50,9% artıb. “Kommersant” izah edib ki, şirkətlər ABŞ prezidenti Donald Trampın planlarının həyata keçirilməsi ərəfəsində idxal olunan məhsulların alışını aktiv şəkildə artırırlar.

Ekspertlər hesab edirlər ki, ABŞ iqtisadiyyatı idxal artımının yavaşlaması səbəbindən ikinci rübdə bərpa olunacaq, lakin tənəzzül ehtimalı hələ də qalmaqdadır.

Qeyd edək ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkəyə gömrük rüsumlarının tətbiq ediləcəyini açıqlayıb. Nəticədə, Vaşinqton müxtəlif ölkələr üçün 10-50% arasında dəyişən rüsumlar tətbiq edib. Daha sonra Ağ Evin rəhbəri Çindən gələn malların tariflərini 145%-ə qaldırıb.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr