AZ

Tramp xarici filmlərə 100% tarif elan edib

ABŞ prezidenti Donald Tramp Ticarət Departamentinə və ABŞ Ticarət Nümayəndəliyinə xaricdə istehsal olunan istənilən xarici filmə 100 %-lik rüsum tətbiq etməyi tapşırıb...

Poliqon xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

ABŞ prezidenti bildirib ki, ölkəsinin kino sənayesi digər ölkələrin razılaşdırılmış hərəkətləri səbəbindən ölür.

“Başqa ölkələr bizim rejissorlarımızı və studiyalarımızı ABŞ-dən uzaqlaşdırmaq üçün hər cür təşviqlər təklif edir. Hollywood və ABŞ-nin bir çox başqa əraziləri viran edilir”, deyə Donald Tramp özünə məxsus sosial şəbəkədə yazıb.

ABŞ prezidenti hətta Hollifudla bağlı baş verənləri milli təhlükəsizliyə təhdid adlandırıb.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr