ABŞ prezidenti Donald Tramp bildirib ki, altı ay ərzində yeni milli təhlükəsizlik müşaviri ilə bağlı qərar verəcək...
Poliqon xəbər verir ki, bu barədə ABŞ prezidenti Floridadan Vaşinqtona uçan təyyarəsində jurnalistlərlə söhbətində qeyd edib.
Qeyd edək ki, ötən həftə Mayk Uolts bu vəzifədən istefa verib, Donald Tramp isə dövlət katibi Marko Rubionu milli təhlükəsizlik müşaviri vəzifəsinə icraçı təyin edib.
Tramp bildirib ki, o, əsas namizəd kimi Ağ Ev rəhbərinin müavini Stiven Milleri nəzərdən keçirir.
“Mən dolayısı ilə hesab edirəm ki, o, artıq bu işlə məşğuldur, onun çox şey haqqında deyəcək sözü var. O, administrasiyada son dərəcə dəyərli insandır”, deyə prezident bildirib.
Poliqon.info