ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Kanadanı ilhaq etmək üçün nə vaxtsa hərbi gücə əl atacağına şübhə edir. Bu barədə TASS məlumat yayıb.
Tramp qeyd edib ki, Kanada ABŞ-ın bir hissəsi olarsa, o, “dəyərli dövlətə” çevrilə bilər. O, bir çox kanadalıların ölkələrinin ABŞ-ın 51-ci ştatı olması ideyasını dəstəklədiklərini və bunun iqtisadi sabitlik və xarici təhdidlərdən qorunma gətirəcəyinə inandığını bildirib.
Eyni zamanda, Kanadanın Baş naziri Mark Karni dəfələrlə ölkənin heç vaxt ABŞ-ın bir hissəsi olmayacağını vurğulayıb.
Əziz Mustafa, Oxuməni.az