Bakı. Trend:
Sudanın mərkəzi hakimiyyətinə qarşı silahlı mübarizə aparanüsyançı Çevik Dəstək qüvvələri Port Sudanda yerləşən Osman Diqnəhərbi hava bazasına və Flaminqo radar stansiyasına pilotsuz uçuşaparatları (PUA) vasitəsilə hücum həyata keçirib.
Trend Sudan XəbərAgentliyinə istinadən xəbər verir ki, Sudan Hərbi Qüvvələri hücumedən 11 PUA-nı zərərsizləşdirib, onlardan 7-si xüsusi vasitələrləələ keçirilib. Hücum nəticəsində xəsarət alan olmayıb, aviabazayaisə yüngül zərər dəyib.
Hücum səbəbindən qısa müddətə fəaliyyətini dayandıran Port Sudanbeynəlxalq hava limanı artıq yenidən fəaliyyətə başlayıb.
Qeyd edək ki, 2023-cü il aprelin 15-dən bəri Çevik Dəstəkqüvvələri ilə Sudan ordusu arasında ölkəyə nəzarət uğrunda silahlıqarşıdurma davam edir. Münaqişə nəticəsində minlərlə insan həyatınıitirib və dünyanın ən ağır humanitar böhranlarından biriyaranıb.
BMT və yerli hakimiyyətin məlumatına əsasən, indiyədək 20 mindənçox insan həlak olub, 15 milyon nəfər isə evlərini tərk etməyəməcbur qalıb. ABŞ alimlərinin araşdırmasına görə, real ölüm sayı130 min nəfərə yaxın ola bilər.