AZ

Çilidə 5 bal gücündə zəlzələ

BAKI, 5 may. TELEQRAF

Çilidə 5,1 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Salamanka şəhərindən 18 km cənub-şərqdə, ocağı isə 79 km dərinlikdə olub.

Ölənlər və ya dağıntılar barədə məlumat yoxdur. Hakimiyyət və təcili yardım xidmətləri vəziyyəti izləməyə davam edirlər.

Xatırladaq ki, mayın 2-də Çilinin cənub hissəsində 6,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Argentinanın cənubunda da hiss edilib.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr