AZ

BMT Təhlükəsizlik Şurasının Hindistan-Pakistan vəziyyəti ilə bağlı iclası keçiriləcək

Pakistanın təşkilatdakı daimi nümayəndəsi Asim İftixar Əhməd bəyanatla çıxış edəcək.

BMT Təhlükəsizlik Şurası Hindistan və Pakistan arasında artan gərginliyə görə mayın 5-də qapalı məsləhətləşmələr şəklində görüşəcək.

Operativ Media xəbər verir ki, bu barədə TASS nəşri məlumat yayıb.

"Pakistan rəsmi olaraq BMT Təhlükəsizlik Şurasında fövqəladə qapalı məsləhətləşmələr tələb edib. Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd iclasdan sonra jurnalistlərə açıqlama verəcək", - Daimi Nümayəndəlik vurğulayıb.

Seçilən
0
1
operativmedia.az

2Mənbələr