Finss.az - 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanın Serbiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilin eyni dövrünə nisbətən 6,4 dəfə artaraq 50,2 milyon dolları keçib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu dövr ərzində Azərbaycanın Serbiyaya ixracı 46,5 milyon dollar (+10 dəfə) təşkil edib.
Digər tərəfdən, Serbiyadan Azərbaycana idxalın həcmi isə 3,7 milyon dollar olub ki, bu da əvvəlki ilə nisbətən 15,6 faiz artım göstərir.
Cari ilin ilk rübü üzrə Serbiya ilə ticarətin ümumi dövriyyədəki payı 0,4 faiz təşkil edib.