Bakı. Trend:
Çilidə 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-inməlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəziməlumat yayıb.
Yeraltı təkanların episentri Salamanka şəhərindən 18 kilometrcənub-şərqdə, 79 kilometr dərinlikdə yerləşib. Qeyd edək ki,Salamanka şəhərində təxminən 13,2 min nəfər yaşayır.
Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumatverilməyib.