AZ

Almaniya Bundesliqasında 2024/2025 mövsümünün qalibi bəlli oldu

Almaniya Bundesliqasında 32-ci tura yekun vurulub.

Almaniya Bundesliqasında 32-ci turun görüşlərindən sonra çempionun adına aydınlıq gəlib.

Operativ Media xəbər verir ki, "Bayer" səfərdə "Frayburq"la 2:2 hesablı heç-heçə edib. Bu nəticə ilə lider "Bavariya" sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, bu, "Bavariya"nın Bundesliqa tarixində qazandığı 34-cü çempionluqdur — bu turnirin rekord göstəricisidir. "Nürnberq" 9, Dortmund "Borussiya"sı isə 8 dəfə çempion olub.

Münhen təmsilçisi son 13 ildə 12-ci dəfə Almaniya çempionu adını qazanıb. Ötən mövsümdə "Bavariya" 3-cü olmuşdu.

Seçilən
0
operativmedia.az

1Mənbələr