AZ

ABŞ-də 63 il əvvəl itkin düşmüş qadın tapılıb

BAKI, 5 may. TELEQRAF

ABŞ-də 60 il öncə itkin düşmüş hesab edilən qadın tapılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Guardian” qəzeti məlumat verib.

Viskonsin ştatının 20 yaşlı sakini Odri Bakeberq 1962-ci ilin iyul ayında yoxa çıxıb. O vaxtdan sonra iki uşaq anası haqqında heç bir məlumat olmayıb. Hazırda 82 yaşı olan Bakeberq Viskonsin ştatından kənarda tapılıb. Məlum olub ki, qadın oğurlanmayıb, evi öz istəyi ilə tərk edib. Bunun səbəbi isə həyat yoldaşı tərəfindən mütəmadi zorakılığa məruz qalması olub.

Bakeberq köhnə açılmamış cinayət işlərinin yoxlanılması nəticəsində tapılıb. Polis əməkdaşları qadını internetdə axtarışa verməklə tapıblar.

Seçilən
0
teleqraf.com

1Mənbələr