AZ

Tramp: Rusiya Ukraynanın bütün ərazisini ələ keçirmək istəyir

BAKI, 4 may. TELEQRAF

Sülh danışıqlarında Rusiyanın gedəcəyi güzəşt bütün Ukraynanı ələ keçirməkdən imtina etməkdən ibarətdir.

Teleqraf “Unian”a istinadən xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “NBC News”a müsahibəsində deyib.

"Rusiya bütün Ukraynanı istəyir. Əgər mən müdaxilə etməsəydim, onlar indi bütün Ukrayna uğrunda müharibə aparardılar", - o bildirib.

Trampın sözlərinə görə, Avropa liderləri dəfələrlə ondan Putinə zəng etməsini xahiş ediblər, çünki Putin onların zənglərinə cavab vermir.

"Biz əhəmiyyətli dərəcədə dayandıq, çünki o gördü ki, indi işi mən aparıram. Çünki onun Avropada heç kimlə əlaqəsi yoxdur", - ABŞ prezidenti əlavə edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr