AZ

Araik Arutinyan Bakı məhkəməsində Qərb "demokratlarını" ifşa etdi....


Qondarma “Arsax respublikasının” oyuncaq prezidenti Araik Arutunyanın Bakı məhkəməsində son ifadələri çoxbaşlı ifşa gücünə malikdir. Araik 2020-ci ildə "Arsaxdakı" seçkilərdə iştirakından danışıb və deyib ki, bu seçkilərə qatılmaq üçün mənim tərcümeyi-halıma Qarabağ müharibəsində və müəyyən əməliyyatlarda guya iştirak etdiyim barədə saxta faktlar daxil edilməli idi və beləliklə də, guya hal şahidlərindən ifadələr aldıq ki, mən həqiqətən o döyüşlərdə iştirak etmişəm…

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Baxırsınız, Qarabağda qondarma rejimin keçirdiyi seçkiləri bir sıra beynəlxalq institutlar dünyanın ən demokratik seçkiləri kimi hamının gözünə soxmağa çalışırdılar. İndi Araik bir daha sübut etdi ki, bir sıra dövlətlərin və beynəlxalq təşkilatların müdafiə etdiyi seçki əslində başdan ayağa saxtakarlıq prosesi imiş. Bu da növbəti və öldürücü sübut - Araik seçkidə iştirak etmək üçün açıq saxtakarlıq etdiyini etiraf edir...

Utansınlar, Qərbin erməni seçkilərinə demokratik deyən rəhbərləri və institutları...

Tahir TAĞIYEV

Seçilən
0
baki-xeber.com

1Mənbələr