Bakı. Trend:
"Skype" rabitə platforması 5 may 2025-ci il tarixindəfəaliyyətini dayandıracaq.
Trend xəbər verirki, bu barədə istifadəçilərə göndərilən rəsmi bildirişdə qeydolunub.
"Microsoft" şirkəti bildirir ki, bu addım "Skype"ın yerini dahamüasir ünsiyyət və əməkdaşlıq platforması olan "Microsoft""Teams"in tutması ilə bağlıdır. "Teams" platformasına keçidtamamilə pulsuzdur və istifadəçilərin hesab məlumatlarındadəyişiklik tələb olunmur.
“Bütün kontaktlar və söhbətlər avtomatik olaraq "MicrosoftTeams"ə köçürüləcək. "Skype" istifadəçiləri yaxın günlərdəproqramda keçidlə bağlı lazımi addımları atmaq üçün bildirişalacaqlar”, – deyə şirkətin yaydığı bülletendə bildirilir.
Bundan əlavə:
"Skype" məlumatları 2026-cı ilin yanvar ayına qədəristifadəçilər üçün əlçatan olacaq, bu müddət ərzində istənilənistifadəçi məlumatlarını özü silə və ya ixrac edə biləcək. Əgər heçbir tədbir görülməzsə, həmin tarixdən sonra məlumatlar avtomatiksilinəcək.
"Skype"dan kontaktları və söhbət tarixçəsini ixrac etməkmümkündür – bu, "Teams"ə keçid etmədən də həyata keçiriləbilər.
2025-ci ilin mayından sonra aktiv "Skype" abunəliyi vəkreditləri olan istifadəçilər bu xidmətlərdən "Skype" yığım paneli,"Skype" veb portalı və "Teams"in pulsuz versiyası vasitəsiləistifadə etməyə davam edə biləcəklər.
2026-cı ilin martından etibarən isə "Skype" dəqiqələri"Microsoft 365 Personal" və "Microsoft 365 Family" abunəliklərindənçıxarılacaq.
"Microsoft"un bu qərarı uzun illər ərzində geniş istifadəçikütləsinə malik "Skype" platformasının rəsmi sonunu simvolizə edir.İstifadəçilərə isə məlumatlarını qorumaq və uyğun keçid addımlarınıvaxtında atmaq tövsiyə olunur.