AZ

60 ildən artıqdır itkin düşən QADIN TAPILDI

ABŞ-da 60 ildən artıqdır itkin düşən qadın tapılıb.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

Viskonsin ştatından olan 20 yaşlı Odri Bakeberq 1962-ci ilin iyulunda yoxa çıxıb. O vaxtdan bəri iki uşaq anasından heç bir xəbər alınmayıb. Hazırda 82 yaşlı Bakeberqin Viskonsin ştatından kənarda tapıldığı bildirilir. Məlum olub ki, qadın qaçırılmayıb, öz istəyi ilə evi tərk edib. Bu hərəkətə səbəb ərinin davamlı zorakılığı olub.

Bakeberq köhnə açılmamış cinayətlərin yoxlanılması nəticəsində tapılıb. Polis internet axtarışı nəticəsində qadını tapıb.

Seçilən
0
publika.az

1Mənbələr