Türkiyə 1-ci liqasında 37-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçuların komandaları da növbəti matçlarına çıxıblar.
Vüsal İsgəndərlinin şərəfini qoruduğu “Boluspor” evdə “Yeni Malatyaspor”la qarşılaşıb və 10:1 hesablı qələbəyə sevinib. Vüsal 90 dəqiqə oynadığı bu oyunda həm qol vurub, həm də assistlə yadda qalıb.
Coşqun Diniyevli “Çorum” isə evdə “Şanlıurfaspor”a üzərində əzmkar qələbəyə sevinib – 2:1. Millimizin üzvü 83-cü dəqiqədə meydana buraxılıb.
Hazırda “Boluspor” 58 xalla 8-ci, “Çorum” isə 54 xalla 10-cu pillədə qərarlaşıb.