Husilər Ben Qurion da daxil olmaqla İsrail dövlətinin hava limanlarına zərbələr endirərək ona qarşı tam hava blokadası yaratmağı planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Sariya bildirib.
"İsrailin Qəzza zolağında aqressiv əməliyyatını genişləndirmək qərarına cavab olaraq, silahlı qüvvələr bəyan edirlər ki, onlar hava limanlarına, ilk növbədə İsraildə Ben Qurion hava limanı kimi tanınan Lod hava limanına çoxsaylı zərbələr endirərək, düşmən üçün tam hava blokadası yaratmağa çalışacaqlar", - Sariya bildirib.
Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu Yəmənə daha çox aviazərbələrin endiriləcəyini söyləmişdi.