AZ

Ağstafada qəza olub, beş nəfər xəsarət alıb

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Poylu qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan iki VAZ markalı minik maşınları toqquşub. Qəza zamanı xəsarət alan 1977-ci il təvəllüldlü V.Abbasov, 1970-ci il təvəllüdlü G.Məmmədova, 1997-ci il təvəllüdlü R.Əfəndiyev, 1998-ci il təvəllüdlü M.Əlizadə və 1989-cu il təvəllüdlü N.Məmmədov xəstəxanaya yerləşdirilib. Həmin şəxslərin vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
2
ikisahil.az

3Mənbələr