Mayın 2-də saat 19:30 radələrində paytaxt sakini Şərafət Babayevanın yaşadığı ünvanda tanışı 20 yaşlı Murad Əhmədov tərəfindən döyülməsi və ona kəsici alətlə xəsarət yetirilməsi barədə polisə müraciət daxil olub.
Teleqraf xəbər verir ki, bu haqda DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib.
O bildirib ki, əməli törətməkdə şübhəli bilinən M. Əhmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib, müvafiq izahatlar alınıb.
Təhqiqat araşdırmaları davam etdirilir.
Qeyd edək ki, zərərçəkmiş Şərafət Babayeva ayrıldığı sevgilisi Murad Əhmədov tərəfindən bıçaqlı hücuma məruz qaldığını bildirib.
Ş.Babayeva M.Əhmədovun babası Oqtay Atakişiyevin Müdafiə Sənayesi Nazirliyində sabiq vəzifəli şəxs olduğunu və nəvəsinin babasına arxalanaraq ona hücum etdiyini deyib.