Sonturda "Fənərbağça"nı 1:0 hesabı ilə məğlub edən "Beşiktaş"ın baş məşqçisi Ole Qunnar Solskjaer çox vacib 3 xalı qazandıqlarını deyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, matçda çox ağıllı formada mübarizə apardıqlarını vurğulayıb.
Norveçli mütəxəssis deyib ki, həm müdafiədə, həm də əks-hücumlarda yaxşı çıxış ediblər: "Əlbəttə, ən yaxşı oyunumuzu oynamadıq. Sadəcə kollektiv oyunla gözəl nəticə əldə etdik. Belə sistemli oyunun davam etməsini istəyirəm. Hər kəs tərinin son damlasına qədər bu matçda çalışdı. Liqanı 3-cü pillədə başa vurmaq üçün hələki tam üstün deyilik. Bizim 4 çox vacib matçımız var. Məqsədim komandaya sabit oyun oynatmaqdır. Performansdakı eniş-yoxuşları aradan qaldırmaq mənim işimdir. Bu son 4 matça çox yaxşı hazırlaşmalı və qalib gəlməliyik. Üçüncü pillədə qalmağımız üçün bu, mütləqdir"
Fərid ASLAN
MİA.AZ