Bakı. Trend:
İran 1200 kilometr mənzilə malik yeni nəsil “Qassem Basir”ballistik raketinin sınağını uğurla həyata keçirib.
Trend xəbər verirki, bu barədə məlumatı ölkənin “Mehr” agentliyi yayıb.
Məlumata görə, yeni raket modeli ötən il İsrailə qarşı həyatakeçirilən “True Promise 1 və 2” adlı cavab əməliyyatlarından əldəolunan təcrübə əsasında hazırlanıb və yüksək manevr qabiliyyəti iləseçilir. Raket konkret hədəfləri müəyyən edib vurmaq qabiliyyətinəmalikdir və GPS sistemi olmadan da işləyə bilir.
İranın müdafiə naziri Əziz Nəsirzadə məsələ ilə bağlı bildirib:“Biz qonşularımızla düşmən deyilik, onlar bizim qardaşlarımızdır.Lakin əgər onların ərazisində Amerika bazaları yerləşərsə, həminobyektlər bizim potensial hədəfimiz olacaq”.