AZ

"Qarabağ" Portuqaliyadan hücumçu transfer edir! - 9 oyunda 6 qol vuran braziliyalı kimdi?

Yayda komandada dəyişikliklər etməyə hazırlaşan "Qarabağ" yeni mərkəz hücumçusu transfer etmək niyyətindədi.

"Football-plus.az"ın əldə etdiyi məlumata görə, bu məqsədlə hərəkətə keçən Ağdam təmsilçisi artıq axtardığını tapıb. "Köhlən atlar" heyətini "Şaviş"in (Portuqaliya) futbolçusu Tiaqo Reyslə gücləndirmək istəyir. Klub 25 yaşlı braziliyalı ilə ilkin təmaslarını həyata keçirib.

Qeyd edək ki, Tiaqo cari mövsümə Portuqaliyanın əsas çempionatında - "Nasional"ın heyətində başlayıb. Bu komandada 7-si liqada, 1-i ölkə kubokunda olmaqla 8 oyun keçirən futbolçu qışda "Şaviş"lə anlaşıb. Yeni kollektiviylə birgə 9 matçda forma geyən hücumçu 6 qol, 2 məhsuldar ötürməylə yadda qalıb. O, 2024/25 "futbol ili"ndə forma geydiyi qarşılaşmalarda cəmi iki sarı vərəqə görüb.

Reys "Qoias"ın (Braziliya) yetirməsidi. Oyunçu karyerası ərzində "Kruzeyro", "Vasko", "Konfiança", "Botafoqo" (hamısı Braziliya) və "Əl-Mesaimir" (Qətər) klublarının da şərəfini qoruyub. "Transfermarkt"a görə, Tiaqonun qiyməti 300 min avrodu. Onun "Şaviş"lə müqaviləsinin müddəti bu yay başa çatır.

Xatırladaq ki, "Qarabağ" Juninyo və Kevin Medinanı da vaxtilə "Şaviş"dən transfer edib.

KƏNAN BAHADIR

Seçilən
0
football-plus.az

1Mənbələr