AZ

Görmə əngəlli insanlara ŞAD XƏBƏR – İnqilabi yenilik gəlir! (VİDEO)

İlon Mask görmə qüsuru ilə doğulan insanlara belə görmə qabiliyyətini qaytara bilər

Tanınmış milyarder və texnoloji yenilikçi İlon Maskın qurucusu olduğu “Neuralink” şirkəti görmə qabiliyyətini bərpa edə biləcək inqilabi bir cihaz – Blindsight adlı neyroçip üzərində işlərini yekunlaşdırmaq üzrədir. Şirkətin məlumatına görə, ilk xəstəyə bu neyroçipin implantasiyası artıq yaxın bir il ərzində baş tuta bilər.

KONKRET.az xəbər verir ki, “Blindsight” adlı bu neyroimplant birbaşa insan beyninin görmə qabiliyyətinə cavabdeh olan korteks sahəsinə qoşulur və gözdə, sinir yollarında və ya retina sistemində ciddi zədələr olsa belə, beyinə görüntüləri ötürə bilir. Bu isə o deməkdir ki, cihaz hətta anadangəlmə kor olan şəxslərə belə görmə imkanı təqdim edə bilər.

İlon Mask məsələ ilə bağlı verdiyi açıqlamada bu texnologiyanın hələlik sınaq mərhələsində olduğunu bildirsə də, onun gələcəkdə milyonlarla insanın həyatını dəyişəcəyinə əmindir. “Əgər hər şey plana uyğun gedərsə, ilk pasiyent 2025-ci ilin sonuna qədər Blindsight implantını alacaq və bu, tibbi sahədə dönüş nöqtəsi olacaq”, – deyə Mask bildirib.

Qeyd edək ki, Neuralink şirkəti artıq bu ilin əvvəlində beyin-çip texnologiyasını insan üzərində uğurla sınaqdan keçirdiyini açıqlamışdı. Yeni Blindsight cihazı isə sırf görmə funksiyasına fokuslanan ilk texnologiyadır və dünya ictimaiyyətində böyük maraq doğurub.

Natiq Səlim,
KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr