AZ

Tramp: “Baydenin dövründə ABŞ gündə 5-6 milyard dollar itirib”

ABŞ əvvəlki prezident Co Baydenin ticarət siyasətinə görə gündə 5-6 milyard dollar itirib.

Bizim.Media xəbər verir ki, bunu hazırkı ABŞ prezidenti Donald Tramp NBC News telekanalına müsahibəsində deyib.

"Mən bunu rekord müddətdə əla səviyyəyə endirdim. Cəmi 100 gündür, amma təsəvvür edin, ticarətdə gündə 5 milyard dollar itirirdik", deyə o, qeyd edib.

Ağ Evin sahibi tətbiq etdiyi tariflərin ABŞ-ı çox zəngin ölkəyə çevirəcəyinə əmin olduğunu bildirib və medianı onun tarif siyasətini həddən artıq tənqid etməkdə ittiham edib.

Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr