AZ

Azərbaycan vətəndaşı Rusiyada faciəvi şəkildə öldü - Foto

Rusiyada baş verən yol qəzasında Azərbaycan vətəndaşı ölüb.

“Qafqazinfo”nun məlumatına görə, yol-nəqliyyat hadisəsi Voronij şəhərində baş verib.

Hərəkətdə olan BMW markalı avtomobil Azərbaycan vətəndaşı Quliyev Hüseyn Rəşid oğlunun idarə etdiyi “VAZ 21010” markalı avtomobillə toqquşub.

Nəticədə H.Quliyev hadisə yerində həyatını itirib. Yaxınlarının bildirdiyinə görə, H.Quliyevin cənazəsi sabah axşam doğulduğu Ağcabədi rayon Avşar kəndinə gətiriləcək.

Ziya Əmirxanlı


Seçilən
0
6
qafqazinfo.az

10Mənbələr