BAKI, 4 may. TELEQRAF
Pakistan Hindistanla münasibətlərdə gərginliyin artması səbəbindən BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyib.
Teleqraf xəbər verir ki, bu barədə diplomatik mənbəyə istinad edən TASS məlumat yayıb.
BMT Təhlükəsizlik Şurasındakı mənbə bildirib ki, iclasın tarixi hələ müəyyən edilməyib.
Xatırladaq ki, aprelin 29-da Hindistan və Pakistan sərhədində bir sıra hərbi toqquşmalar baş verib. Münasibətlərin gərginləşməsinə səbəb 22 aprel tarixində Cammu və Kəşmir bölgəsində baş vermiş terror aktı olub.
Aprelin 30-u Pakistan Silahlı Qüvvələri Hindistanla mümkün hərbi münaqişəyə hazırlığa başlayıb.