AZ

Antonio Konte: “Son gündə uduzduğum çempionluqlar olub”

“Napoli”nin baş məşqçisi Antonio Konte “eşşəkciklər”in İtaliya A Seriyanın cari mövsümündə mümkün çempionluğu haqda fikrini bildirib.

Arena.az DAZN şəbəkəsinə istinadən, italyan mütəxəssisin müvafiq suala cavabını təqdim edir:

“Biz bu haqda bu, baş verdikdə danışacağıq, çünki mənim, ən son gündə də qalib gəldiyim və həmçinin uduzduğum çempionluqlar olub. Qalib gəlmişlər tarix yazırlar. Yerdə qalanlar isə bunları ancaq oxuya bilərlər”, deyə Antonio Konte fəlsəfi ibarə ilə vurğulayıb.

35 turdan sonra “Napoli” 77 xalla İtaliya A Seriyasının yarış cədvəlinə başçılıq edir. “Eşşəkciklər”ə bu “hədiyyəni” bəxş etmiş “İnter” isə 74 xalla 2-ci pillədən “eşşəkciklər”in “quyruğuna” həsrətlə baxır.

Seçilən
0
arena.az

1Mənbələr