AZ

Premyer Liqa: “Neftçi” və “Kəpəz”dən məhsuldar heç-heçə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 33-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında “Neftçi” “Kəpəz”lə üz-üzə gəlib.

“Neftçi Arena”da baş tutmuş qarşılaşmanı Rauf Cabbarov idarə edib. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.

Premyer Liqa
33-cü tur
4 may

“Neftçi” – “Kəpəz” 2:2
Qollar: Aleks Fernandes, 24. Emin Mahmudov, 90+5-pen – Luis Paçu, 50. Camal Cəfərov, 62.
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Neftçi Arena”, 20:00.

Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Bassala Sambu, 88. Andrey Ştoqrin, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 22. Dembo Darbo, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.

Kəpəz: 1. Rojerio Santos, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 78. Yeqor Xvalko (k), 11. Trent Buhaqyar, 3. Mahamadu Ba, 10. Kərim Lkuça, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 9. Luis Paçu, 28. Rati Ardazişvili.
Baş məşqçi: Azər Bağırov.

Seçilən
0
2
arena.az

10Mənbələr