Vaşinqton, 4 may, AZƏRTAC
Prezident Donald Tramp Qrenlandiyanı almaq üçün hərbi gücdən istifadə edə biləcəyini istisna etməyib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə o, NBC kanalına müsahibəsində deyib.
"Mən bunu edəcəyimi demirəm, amma heç nəyi istisna da etmirəm”, - deyə Tramp bildirib.
Onun sözlərinə görə, ada ABŞ-a milli təhlükəsizlik məqsədləri üçün lazımdır: "Bizə Qrenlandiya çox lazımdır. Qrenlandiyada çox az sayda insan yaşayır, biz onların qayğısına qalacağıq. Lakin beynəlxalq təhlükəsizlik üçün buna ehtiyacımız var”.