AZ

Ançelotti Arda Güləri təriflədi

BAKI, 4 may. TELEQRAF

“Arda Gülər indi daha yaxşı performans göstərir”.

Teleqraf xəbər verir, bunu “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının XXXIV turunda evdə “Selta”nı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Ançelotti türkiyəli futbolçunun inkişaf etdiyini bildirib: “O, ötən mövsüm üzərində daha çox təzyiq hiss edirdi. Arda Gülər ​​çox keyfiyyətli oyunçudur, çox çalışır və heç vaxt özünə inamını itirmir. Sentyabrdan bəri çox inkişaf edib”.

İtaliyalı mütəxəssis Gülərin “Barselona” ilə oyunda iştirak edə biləcəyini söyləyib: “Arda ilk "11-lik"də yer üçün komanda yoldaşları ilə mübarizə aparacaq".

Baş məşqçi “El-Klasiko” ilə bağlı da danışıb: “Ötən həftə qalib gəlməyə yaxın idik. Yeni şeylər sınamağa ehtiyacımız yoxdur. Biz ciddi oynamalıyıq. Qələbə qazansaq da, xal baxımından geri qalacağıq. La Liqa "Barselona"nın əlindədir".

Qeyd edək ki, “Barselona” - “Real Madrid” matçı mayın 11-də keçiriləcək.

Seçilən
0
teleqraf.com

1Mənbələr