Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında XXXIII turun oyunlarına yekunvurulub.
Trend-inməlumatına görə, turun sonuncu oyun günündə iki qarşılaşma baştutub.
İlk oyun Bakıda keçirilib. “Qarabağ” klubu “Sumqayıt”laqarşılaşıb və rəqibini 2:0 hesabı ilə məğlub edərək xallarınınsayını 80-ə çatdırıb.
Günün digər oyunu da paytaxtda gerçəkləşib. “Neftçi” özmeydanında “Kəpəz”i qəbul edib. Qarşılaşmada hesabı "ağ-qaralar"açsa da, gəncəlilər ardıcıl iki qol vuraraq önə keçiblər. Lakinoyunun 90+6-cı dəqiqəsində “Neftçi” penalti zərbəsi ilə hesabıbərabərləşdirib – 2:2.