ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsini müvəqqəti icra edən dövlət katibi Marko Rubionun daimi əsaslarla bu formatda çalışacağını istisna etməyib.
APA xəbər verir ki, Tramp bunu “NBC News”a müsahibəsində deyib.
"Ancaq düşünürəm ki, onun özü də yəqin ki, bunun necə olduğunu başa düşmək istəyir. Çünki bu, bir az fərqlidir. Amma hələlik, o, bunu edəcək", - Tramp bildirib.
O xatırladıb ki, Henri Kissincer 1973-1975-ci illərdə dövlət katibi və prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifələrində çalışıb.