Bu gün “Real Madrid” doğma meydanda “Selta” üzərində 3:2 hesablı qələbə qazanıb.
90deqiqe.Az xəbər verir ki, matçdan sonra “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti oyunla bağlı fikirlərini bölüşüb:
"Oyun həll olunmuş kimi görünürdü. Dördüncü qolu da vura bilərdik. Sonra Asensionun yorulduğunu gördük və onu əvəzlədik. Bundan sonra meydanda tarazlığı saxlamaq çətin oldu. Lazım olduğundan daha çox problem yaşadıq. Asensio olmasaydı, altı müdafiəçimiz əskik idi. Bunun öhdəsindən gəlmək asan deyil. Amma ilk 60 dəqiqədə çox yaxşı oynadıq. Üstünlükdən daha yaxşı istifadə edə bilərdik, amma sonda vacib bir qələbə qazandıq"
Karlo Ançelottinin komandası matçda 3:0 hesabı ilə önə keçsə də, qonaqlar “Santyaqo Bernabeu” stadionunda oyuna intriqa qaytara biliblər.