AZ

"Mançester Yunayted" öz antirekordunu yeniləyib

“Mançester Yunayted” yeni neqativ antirekorda imza atıb.

90deqiqe.Az xəbər verir ki, Ruben Amorimin komandası İngiltərə çempionatının 35-ci turunda səfərdə "Brentford"a 3:4 hesabı ilə uduzub. Bu məğlubiyyət onların turnirdəki 16-cı məğlubiyyəti olub, Premyer Liqanın qurulduğu 1992-93 mövsümündən bəri klubun ən pis məğlubiyyəti olub.

Qeyd edək ki, “Mançester Yunayted” “Brentford”a qarşı eksperimental heyətlə oynayıb, çünki “qırmızı şeytanlar” mayın 8-də Avropa Liqasının yarımfinalında “Atletik Bilbao” ilə qarşılaşacaq. “Mançester Yunayted” Premyer Liqada keçirdiyi vaxt ərzində ən az xalla (39) liqa cədvəlinin on beşinci pilləsində qərarlaşıb.

Seçilən
0
90deqiqe.az

1Mənbələr