AZ

Rumıniyada iki qatarın toqquşması nəticəsində 28 nəfər xəsarət alıb

Bakı. Trend:

Rumıniyanın Konstansa şəhərinin dəmiryol vağzalında iki qatarıntoqquşması nəticəsində 28 nəfər xəsarət alıb.

Trend-in"Agerpres" agentliyinə istinadən verdiyi məlumata görə,yaralılardan 7 nəfəri xəstəxanaya yerləşdirilib.

Rumıniya Milli Dəmiryol Şirkətindən bildirilib ki, hadisəsərnişin qatarı yola düşmək üzrə olarkən manevr edən digər qatarlatoqquşması nəticəsində baş verib. Hadisədən sonra hər iki qatartexniki baxış məqsədilə ehtiyat yollara çəkilib.

Ölkənin nəqliyyat naziri Sorin Qrindyanu qeyd edib ki, hadisəninsəbəbləri araşdırıldıqdan sonra bu kimi halların gələcəkdətəkrarlanmaması üçün təcili tədbirlər görüləcək.

Seçilən
0
az.trend.az

1Mənbələr