
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mərkəzin fəaliyyəti barədə məlumat verib. Mərkəzdə əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və digər həssas qrupların yaradıcı potensialının inkişafı və cəmiyyətə inteqrasiyası üçün müxtəlif təlimlər təşkil olunur. Hazırda 156 benefisiar müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərdə iştirak edir. Leyla Əliyeva və Arzu Əliyeva mərkəzdə kulinariya üzrə təlimə cəlb edilən uşaqların əl işləri ilə tanış olublar və kapoeyra üzrə təlimçi və benefisiarların çıxışını izləyiblər. Mərkəzin İnklüziv Kamera Orkestri və İnklüziv ansamblının müşayiəti ilə təlimçi və benefisiarların ifasında konsert proqramı təqdim edilib.✍️"Ulusum".az
Diqqət Çəkənlər
"İnadkar Yağlarla Mübarizədə Sınaqdan Keçmiş Təbii Həll"
“Yol Əhvalatı” ilə Gülüşə Səyahət
Xalq artisti Fuad Poladovun anım günüdür - FOTO