AZ

Vaqif Cavadov "Qarabağ"a məğlubiyyəti şərh etdi

“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 33-cü turunda qarşılaşdıqları “Qarabağ”la oyunu şərh edib. 

Fanat.Az xəbər verir ki, o, səfərdə 0:2 hesabı ilə məğlub olduqları matçla bağlı bu fikirləri dilə gətirib:

“Qarabağ”ı növbəti çempionluq münasibətilə təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynayırdıq. Bizə qarşı əsas heyətlə çıxış etdilər. Bu heyətə qarşı mübarizə aparmağa hələlik qadir deyilik. İnanıram ki, komandam növbəti mövsüm bundan yaxşısına nail olacaq.
Komandanı çətin durumda götürdük. Gənc məşqçiyəm. Bu mövsüm ola bilər ki, nələrsə alınmadı. İstənilən nəticəni əldə etməmişik. Növbəti mövsümdə daha yuxarı pillələrdə olmağa çalışacağıq”.

Seçilən
0
fanat.az

1Mənbələr