AZ

Zelenski: Rusiya 9 mayda təxribatlar törədə bilər

BAKI, 4 may. TELEQRAF

Rusiya 9 mayda təxribatlar törədə bilər, çünki bu, onun tərzidir.

Teleqraf “Unian”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Çex Respublikasından olan həmkarı Petr Pavel ilə birgə mətbuat konfransında bildirib.

O vurğulayıb ki, ruslara inam yoxdur, çünki onlar dəfələrlə həm Kiyevə, həm də ABŞ-yə verdikləri vədləri pozublar.

"Məsələn, bu günlərdə Rusiya müvəqqəti atəşkəs barədə danışır, lakin hazırda hücumların sayı son ayların ən yüksək göstəricisidir", - dövlət başçısı qeyd edib.

Prezidentin sözlərinə görə, təkcə 3 may tarixində ruslar 200-dən çox hücum həyata keçiriblər.

"Bir sözlə, inam yoxdur, təxribatlar ola bilər, lakin bu ruslardan asılıdır, ona görə də əgər kimsə hələ də onlara inanırsa, qoy bunu öz üzərində sınasın", - Zelenski vurğulayıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr