Braziliya polisi Ledi Qaqanın şənbə günü Rio-de-Janeyrodakı Kopakabana çimərliyində konsertinə planlaşdırılan bombalı hücumun qarşısını aldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, hücum nifrət nitqini və yeniyetmələrin radikallaşmasını, özünə zərər verməsini və zorakılığı təbliğ edən qrup tərəfindən təşkil edilib.
“Şübhəlilər əldə düzəldilmiş partlayıcılar və “molotov” kokteyllərindən istifadə etməklə koordinasiyalı hücumlar həyata keçirmək üçün iştirakçıları, o cümlədən azyaşlıları cəlb ediblər”, - deyə polisin açıqlamasında qeyd olunub.
Hücumda şübhəli bilinən 2 nəfər saxlanılıb.
Şəhər meriyasının məlumatına görə, amerikalı pop müğənninin konsertinə 2,1 milyon insan gəlib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta