AZ

Xaçmazda minik avtomobili aşıb - Yaralılar var+Yenilənib

Xaçmazda minik avtomobili aşıb, yaralılar var.

“Qafqazinfo” xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Yaquboba kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə zamanı xəsarət alanların kimliyi məlum olub.

Onlar Bakı şəhər sakinləri, sürücü 1984-cü il təvəllüdlü Tərlan Həsənbəyov və onun oğlu 2014-cü il təvəllüdlü R.Həsənbəyov, Xaçmaz rayon sakinləri 1962-ci il təvəllüdlü Xanlar Balacayev və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Aynaxanım Balacayevadır.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Mübariz Muradov


Seçilən
0
1
qafqazinfo.az

10Mənbələr