AZ

Tramp: “Vens və Rubionu potensial varislərim kimi görürəm”

ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionun özünün mümkün varisləri ola biləcəyini bildirib.
 
O bu barədə NBC News telekanalına verdiyi müsahibədə bildirib.
 
"Bu barədə danışmaq hələ tezdir, amma mənim vitse-prezidentim var. Cey Di Vens fantastik iş görür", – deyə Tramp bildirib. O, eyni zamanda əlavə edib: “Marko Rubio əla biridir.”
 
Tramp onu da qeyd edib ki, Respublikaçılar Partiyasında liderlik üçün potensialı olan yaxşı insanlar var: “Onların hər biri partiyanın lideri və ölkənin növbəti prezidenti ola bilər.”
 
Qeyd edək ki, Tramp daha əvvəl ABŞ prezidentliyinə üçüncü dəfə namizəd olmayacağını və 2028-ci ildə hakimiyyəti “ideal olaraq möhtəşəm bir respublikaçıya” təhvil verəcəyini açıqlamışdı.(apa.az)
Seçilən
0
6
moderator.az

7Mənbələr