AZ

Çin XİN: Si Cinpin 9 May hərbi paradında iştirak edəcək

BAKI, 4 may. TELEQRAF

Çin rəhbəri Si Cinpinin Rusiyaya dövlət səfəri rəsmi olaraq təsdiqlənib.

Teleqraf “Unian”a istinadən xəbər verir ki, o, 9 May – Qələbə Günü münasibətilə Moskvada keçiriləcək hərbi paradda iştirak etmək niyyətindədir.

Məlumatı Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi təsdiqləyib.

"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Çin Prezidenti Si Cinpin 7-10 may tarixlərində Rusiyaya dövlət səfəri edəcək və Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Moskvada keçiriləcək təntənəli tədbirlərdə iştirak edəcək", - nazirliyin bəyanatında deyilir.

Seçilən
0
teleqraf.com

1Mənbələr