AZ

Trampdan üçüncü prezidentlik müddəti ilə bağlı AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp üçüncü dəfə prezident seçkilərində iştirak etməyəcəyini bildirib.
 
O bu barədə "NBC News"a verdiyi müsahibədə qeyd edib.
 
"Mən iki müddət prezident olacağam - ümumilikdə səkkiz il. Bunu həmişə vacib hesab etmişəm", - Tramp vurğulayıb.
 
Dövlət başçısı əlavə edib ki, tərəfdarları ona tez-tez "Tramp 2028" üçün təzyiq göstərsələr də, o, bunu etməyəcək: "Çox insan 'Tramp 2028' yazılı papaqlar satır. Amma mən bunu etməyəcəyəm. Mən dörd il işləyəcəyəm və bu vəzifəni başqasına - idealda bir respublikaçıya - təhvil verəcəyəm", - deyə Tramp yekunlaşdırıb.
Seçilən
0
moderator.az

1Mənbələr