AZ

Putin: Həmişə varis haqqında düşünürəm

BAKI, 4 may. TELEQRAF

"Həmişə öz varisim haqqında düşünürəm, amma son seçimi Rusiya xalqı edəcək".

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalının “Putin: “25 il” sənədli filmində bildirib.

“Hər bir namizədin potensialını qiymətləndirirəm. Xalqın etimadını qazanmayan adam çətin ki, ciddi bir iş görə bilsin. Ölkənin sabitliyi,inkişafı və təhlükəsizliyi üçün şəraitin olması çox vacibdir.İnsanların ölkənin yüksək vəzifəli məmurlarına inamı olmalıdır. Bu etimadı əldə etmək üçün biz səmərəli və dürüst işləməliyik”, - Putin bildirib.

Rusiya prezidenti filmdə gələcəkdə ölkəyə kimin rəhbərlik edəcəyi barədə suala cavab verərkən deyib: “Hesab edirəm ki, bir neçə namizədolmalıdır ki, ölkə vətəndaşları onların arasından birini seçə bilsin”.

Seçilən
0
teleqraf.com

1Mənbələr