Arda Güler "El Klasiko"da meydana start heyətdə çıxa bilər. 

Offsideplus.az xəbər verir ki, "Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti "Selta"ya 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında iştirak edib. İtalyan mütəxəssis bu gün 1 qol və 1 assistə imza atan Arda Gülerin mayın 11-də keçiriləcək "Barselona" - "Real Madrid" oyununda ilk "11-lik"də oynaması ehtimalından danışıb: 

"Bəli, Arda Güler "El Klasiko"ya start heyətdə çıxa bilər". 

Qeyd edək ki, gözlənilən matç mayın 11-i Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.