Belçikanın “Brügge” klubunda çıxış edən sol cinah müdafiəçisi Maksim de Kuyper İngiltərənin “Liverpul” klubunun maraq dairəsinə düşüb.
90deqiqe.Az xəbər verir ki, “qırmızılar” artıq bir ildən çoxdur ki, 24 yaşlı futbolçunun inkişafını yaxından izləyir. “Liverpul” müdafiənin sol cinahını gücləndirmək məqsədilə de Kuiperi ideal namizəd kimi görür. Artıq Mersisayd klubu futbolçunun agenti ilə əlaqə saxlayıb.
Əgər transfer baş tutarsa, gənc futbolçunun əsas heyətdə Endryu Robertsonla ciddi rəqabət aparacağı gözlənilir.