BAKI, 4 may. TELEQRAF
Azərbaycanın bədii gimnastika üzrə gənclərdən ibarət qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda iki bürünc medal əldə edib.
Teleqraf xəbər verir ki, Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, İlahə Bahadırova, Şəms Müvəffəqi və Nilufər Orucludan ibarət komanda 5 halqa və 5 gürz proqramlarının hər birində fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.